Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Təyyarə yaşayış evinin üzərinə düşdü: </font>ev belə yandı<font color=red> – VİDEO</font></b>

07:26 - 8 Noyabr 2019 tarixində dərc olunub.

ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün San-Bernardino dairəsində qeydə alınıb.

Məlumata görə, “Cirrus SR22” təyyarəsi naməlum səbəblərdən yaşayış evinə çırpılıb. Qəzadan sonra yanğın baş verib. Nəticədə pilot dünyasını dəyişib.

Bildirilir ki, hadisə anı evdə 3 nəfər olub. Ata və oğul dağılmış evdən dərhal çıxmağa müvəffəq olublar. Bir uşaq isə daha sonra oradan çıxarılıb.

İlkin ehtimallara görə, təyyarədə sərnişin olmayıb.

Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

Müəllif: