Ucnoqta.az
www.ucnoqta.az

Xocasəndə ağır qəza: <font color=red><b>minik maşını yolda dayanmış yük maşınına çırpılıb- FOTO</b></font>

21:41 - 2 Noyabr 2019 tarixində dərc olunub.

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Avtoqəza Xocasən qəsəbəsində qeydə alınıb. "Toyota" markalı minik maşını yolun kənarında dayanmış "MAZ" markalı yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yük maşınının sürücüsünün yolun hərəkət zolağında avtomobili saxlayıb getməsi ilə əlaqədar araşdırma aparılır. Yol qaranlıq və yağışlı olduğundan qəza şəraiti yaranıb./Apa

Müəllif: