Ucnoqta.az
www.ucnoqta.az

Bərdədə partlayış olub: <font color=red><b>Ər-arvad xəsarət alıb</b></font>

21:38 - 2 Noyabr 2019 tarixində dərc olunub.

Bərdə rayonunda hərbi sursat "Amminal" partlayıcı vasitəsi partlayıb.

Hadisə Arabaçılar kəndində qeydə alınıb. Belə ki, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində Məmmədli Məhəmməd Elgiz oğlunun əlində partlayıb. Nəticədə o və həyat yoldaşı (şəxsiyyəti müəyyənləşdirilir - red) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: