Ucnoqta.az
www.ucnoqta.az

Şabranda teplovoz yandı

19:29 - 29 Oktyabr 2019 tarixində dərc olunub.

Şabran rayonunda teplovozda yanğın baş verib.

Hadisə rayonun Nizami küçəsində qeydə alınıb. Biləcəri Lokomotiv Deposuna məxsus TEM-27661 markalı teplovozda yanğın başlayıb. Hadisə yerinə Şabran Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlərin köməyi ilə söndürülüb.
Nəticədə teplovozun mühərrik şöbəsi qismən yanıb./oxu.az

Müəllif: