Ucnoqta.az
www.ucnoqta.az

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib

22:29 - 23 Oktyabr 2019 tarixində dərc olunub.

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 23-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn və digər rəsmi şəxslər qarşılayıblar./trend

Müəllif: