Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Futbol azarkeşlərinin olduğu qatarda yanğın: </font>3 nəfər xəsarət alıb<font color=red> - VİDEO</font></b>

12:42 - 20 Oktyabr 2019 tarixində dərc olunub.

Almaniyada “Frayburq” futbol klubunun azarkeşlərinin olduğu qatarda yanğın baş verib. Ucnoqta.az xəbər verir ki, insident oktyabrın 19-da yerli saatla 20.00 radələrində Berlinin Belvyu stansiyasında qeydə alınıb.

Bildirilir ki, yanğın zamanı azarkeşlər üçün xüsusi ayrılmış vaqonlarda 700 nəfər olub. Onlardan 3 nəfəri xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

 

 

Müəllif: