Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə ərazisi top və raket atəşinə tutuldu- <font color=red><b>6 nəfər ölüb, 70 nəfər yaralanıb</b></font>

21:34 - 10 Oktyabr 2019 tarixində dərc olunub.

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞİD terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket mərmilərindən zərbələr endirilib. 

APA-nın “Hurriyyet” qəzetinə istinadla verdiyi xəbərə görə, top və raket zərbələri nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı, Mardinin Nusaybin rayonunda 6 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Ölən və xəsarət alanlar arasında uşaqlar da var.

Müəllif: