Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub, <font color=red><b>2 nəfər ölüb</b></font>

18:25 - 10 Oktyabr 2019 tarixində dərc olunub.

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra PKK/PYD-YPG terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələri endirilib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 2 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Xəsarət alanlar arasında uşaqlar da var.

Müəllif: