Ucnoqta.az
www.ucnoqta.az

Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri başa çatıb

21:03 - 9 Oktyabr 2019 tarixində dərc olunub.

Gürcüstanın baş naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir Giorgi Qaxariyanı Azərbaycanın baş nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar./Apa

Müəllif: