Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

15:24 - 9 Oktyabr 2019 tarixində dərc olunub.

Cəlilabad rayonunda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb

 Cəlilabad şəhərinin İ.Şıxlı küçəsindəki yarımtikilinin kənarında kişi meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.
Məlum olub ki, 1973-cü il təvəllüdlü Mehman Zeynalov yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul etməsi nəticəsində ölüb. Onun meyiti bir gündən sonra aşkarlanıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir./report

 

Müəllif: