Bakıda iki avtomobil toqquşub- <font color=red><b>ölən var</b></font>
09:04 - 9 Oktyabr 2019 tarixində dərc olunub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili ilə "KamAz" markalı yük avtomobili toqquşub.
FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.