Ucnoqta.az
www.ucnoqta.az

Xəzərdə 4 balıqçı itkin düşüb -<font color=red><b> Axtarışa helikopter cəlb olunub</b></font>

17:00 - 8 Oktyabr 2019 tarixində dərc olunub.

Xəzərdə 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək./trend

Müəllif: