Ucnoqta.az
www.ucnoqta.az

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırıldı

15:03 - 7 Oktyabr 2019 tarixində dərc olunub.

Oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstan komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. 

Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın VII turu çərçivəsində oktyabrın 6-da keçirilimiş “Qarabağ” – “Sabah” oyununda zədələnən Mahir Emreli millimizin qeyd olunan oyunlarında iştirak edə bilməyəcək.

Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Müəllif: