Ucnoqta.az
www.ucnoqta.az

MN: <font color=red><b>Hərbi qulluqçumuz həlak olub</b></font>

17:23 - 21 Sentyabr 2019 tarixində dərc olunub.

Sentyabrın 20-də gecə saatlarından hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Müəllif: