Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda <font color=red><b>DƏHŞƏT</b></font>! Oğul 79 yaşlı atasını ölümcül bıçaqladı

10:36 - 17 Sentyabr 2019 tarixində dərc olunub.

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin mərkəzindəki evlərdən birində qeydə alınıb. Göyçay rayon sakini - 1941-ci il təvəllüdlü Məmmədov Aydın oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib.

Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A.Məmmədovun vəziyyəti kritik qiymətləndirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır./trend

Müəllif: