Ucnoqta.az
www.ucnoqta.az

Bakıda "BMW" "Ford"la toqquşdu: <font color=red><b>hər ikisi arakəsməyə dəyərək aşdı - VİDEO</b></font>

12:30 - 14 Sentyabr 2019 tarixində dərc olunub.

Hadisə nəticəsində sürücülər yaralanıb

Aeroport yolunda baş verən dəhşətli qəza kameraya düşüb. Ucnoqta.az xəbər verir ki, “BMW” markalı avtomobil idarəetməni itirərək “Ford” markalı mikroavtobusa dəyir. Bu zaman “Ford” hərəkət istiqamətini dəyişərək dəmir arakəsməyə çırpılır. Ardınca isə bir neçə dəfə çevrilərək aşır. Eyni zamanda “BMW” də digər dəmir arakəsməyə dəyir. Hadisə nəticəsində hər iki sürücü yaralanır. “Ford”un daşıdığı yük isə yola səpələnir.

Qəza baş verən an özünü itirən "Mini" markalı avtomobilin sürücüsü isə digər maşına çırpılıb.
Görüntüləri təqdim edirik:

Müəllif: