Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstanda silah anbarında <font color=red><b>Partlayış</b></font>

08:30 - 14 Sentyabr 2019 tarixində dərc olunub.
Qazaxıstanın Arıs şəhərində silah-sursat anbarında partlayış baş verib. İnsident anbardakı bəzi sursat fraqmentlərini təmizləyən zaman meydana gəlib. APA “TASS” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 hərbçi yaralanıb. Bu barədə ölkənin Müdafiə Nazirliyinin internet saytında yayımlanan bəyanatında deyilir. Bildirilir ki, yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.
Müəllif: