Ucnoqta.az
www.ucnoqta.az

AzTV-nin əməkdaşları qəzaya düşüb, <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>

23:02 - 10 Sentyabr 2019 tarixində dərc olunub.

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır./Apa

Müəllif: