Ucnoqta.az
www.ucnoqta.az

Şabranda iki avtomobil toqquşub, <font color=red><b>xəsarət alanlar var</b></font>

09:29 - 25 Avqust 2019 tarixində dərc olunub.

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Quba yolunun 110-cu kilometrliyində Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətlərilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar.

Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır./report

Müəllif: