Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda yol qəzası olub - <font color=red><b>8 nəfər xəsarət alıb</b></font>

11:12 - 23 Avqust 2019 tarixində dərc olunub.

Hacıqabulda ağır yol qəzası olub.

Səhiyyə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, qəza nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib. Müraciət edən şəxslərdən 5 nəfəri qadın (62, 52, 36, 20, 17 yaşlı), 3-ü isə kişidir (43, 47 və 14 yaşlı).

Yaralılardan 6-nın xəsarətləri yüngül olduğundan gün ərzində ambulator müalicəyə buraxılacaqları gözlənilir. Digər iki nəfərin - 62 yaşlı qadın və 43 yaşlı kişinin müalicələri travmatologiya şöbəsində davam edir.

Vəziyyətləri orta-ağır stabil qiymətləndirilir.

Müəllif: