Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da hava limanında təyyarə yandı - <font color=red><b>VİDEO</b></font>

09:20 - 22 Avqust 2019 tarixində dərc olunub.

Kaliforniyanın Oroville şəhərində “Cessna Citation” markalı kiçik təyyarə hava limanının uçuş-enmə zolağında yanıb.

RİA “Novosti” bildirir ki, bu barədə yerli yol polisi xəbər yayıb. Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağında olarkən naməlum səbəbdən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb.

Təyyarədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər./oxu.az

 

Müəllif: