Ucnoqta.az
www.ucnoqta.az

<b>15 yaşlı oğlan eyvandan yıxılaraq ölüb<font color=red> - Abşeronda</font></b>

11:02 - 20 İyun 2019 tarixində dərc olunub.

Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.

Hadisə dünən 22 radələrində Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, mən 74-də qeydə alınıb. Həmin mənzildə yaşayan 2004-cü il təvəllüdlü Kənan Musayev ehtiyatsızlıqdan evin eyvanından yıxılıb. O, Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Müəllif: