Ucnoqta.az
www.ucnoqta.az

Babək prospektində avtomobil aşıb- xəsarət alan var- <font color=red><b>Foto (Yenilənib)</b></font>

10:42 - 19 İyun 2019 tarixində dərc olunub.

Səhər saatlarında paytaxtın Babək prospektində baş verən qəzada xəsarət alan sürücünün də şəxsiyyəti məlum olub. 

Avtomobilin sürücü 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç ağır xəsarət alıb. O, kəllə-beyin travması, said sümüyünün sınığı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

09:20

Babək prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan birinin kimliyi dəqiqləşib. Bu, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğludur.

Təcili yardım xidmətindən verilən məlumata görə, İ.Əliyev ərazidən keçən piyada olub. Sürücü də yaralıdır, ancaq onun kimliyi hələlik dəqiqləşdirilməyib.

08:24

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Babək prospektindən şəhərin mərkəzi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Müəllif: