Ucnoqta.az
www.ucnoqta.az

Çimərliklərdə qadın xilasedicilər çalışacaq- <font color=red><b>FOTO</b></font>

13:00 - 13 İyun 2019 tarixində dərc olunub.

Gürcüstan çimərliklərində qadın xilasedicilər çalışacaq

Gürcüstanın Acarıstan Muxtar Respublikasında builki çimərlik mövsümündə ilk dəfə olaraq qadın xilasedicilər çalışacaq. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 20-yə yaxın xanım xilasedici iyunun 15-dən etibarən çimərliklərdə kişi xilasedicilərlə birgə xilasetmə işlərinə cəlb olunacaqlar.

Qadın xilasedicilər Batumi Dəniz Akademiyasının tələbələridir. Onlar fiziki hazırlıq təlimini başa vurublar.
Acarıstanda builki çimərlik mövsümündə, ümumilikdə, 250 xilasedici çalışacaq. 

Müəllif: