Ucnoqta.az
www.ucnoqta.az

Tramp İrana qarşı hərbi əməliyyatları istisna etməyib

11:16 - 5 İyun 2019 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçiriləcəyinin mümkünlüyünü istisna etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın ITV televiziyasına müsahibəsində bildirib.

Aparıcının “İrana qarşı güc tətbiq etməyə ehtiyac olacaqmı” sualına cavabında prezident deyib: “Belə ehtimal hər zaman var. Mən istəyirəmmi? Yox, ancaq güc tətbiq etmək məsələsi həmişə gündəmdədir”.

Müəllif: