Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ordusunun helikopterləri Türkiyədə tapşırıqlar icra edib- <font color=red><b>Foto/Video</b></font>

17:16 - 23 May 2019 tarixində dərc olunub.

Türkiyənin Konya şəhərində “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, təlimlərin son günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.

Müəllif: