Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə azərbaycanlının avtomobili partlayıb

22:13 - 16 May 2019 tarixində dərc olunub.

Türkiyə ərazisində Azərbaycan vətəndaşına məxsus yük avtomobili partlayıb.

"Ölkə.Az" Türkiyə mediasına istinadən bildirir ki, yanacaq aparan avtomobil "Dilucu" gömrük keçidindən Naxçıvan Muxtar Respublikasına keçərkən partlayıb.

Yanacaq daşıyan yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Lakin xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: