Ucnoqta.az
www.ucnoqta.az

Dünyanın ən varlı insanı özünə hava limanı tikdirir - <font color=red><b>Foto</b></font>

20:49 - 16 May 2019 tarixində dərc olunub.

“Amazon”un sahibi Ceff Bezos öz şəxsi hava limanını inşa edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, milyarder şirkətinin onlayn ticarətini asanlaşdırmaq üçün tikməyə qərar verdiyi aeroport üçün 1,5 milyar dollar sərmayə qoyub. ABŞ-ın Kentukki ştatının Cincinati şəhərində tikilən hava limanı hazır olduqdan sonra 2 min nəfər işlə təmin olunacaq.

Simvolik olaraq ekskavatorun sükanı arxasına keçən Bezos təməlqoyma mərasimində iştirak edib. O, fotolarını sosial şəbəkədə paylaşıb.

Müəllif: