Ucnoqta.az
www.ucnoqta.az

<b>Qırmızıdan keçən qadın sürücü 2 yeniyetməni vurdu<font color=red> – VİDEO</font></b>

09:42 - 16 May 2019 tarixində dərc olunub.

Rusiyanın Krasnoyarsk əyalətində qadın sürücünün avtomobili ilə piyada keçidində iki uşağın vurduğu anları sosial şəbəkədə yayımlanıb.

Ucnoqta.az “RenTV”yə istinadən xəbər verir ki, “Lada Qranata” markalı maşının sükan arxasında 1973-cü il təvəllüdlü qadın sürücü olub.

Xanım sürücü işıqforun qırmızı işığından keçərək 9 yaşlarında iki yeniyetməni vurub.

Qəza nəticəsində yeniyetmələrdən biri xəstəxanaya yerləşdirilib.

Yerli DYPX-dən bildirilib ki, o, sərxoş olmayıb.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

 

Müəllif: