Ucnoqta.az
www.ucnoqta.az

Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib

15:04 - 15 May 2019 tarixində dərc olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib.

Bu, indiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir. O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib.

Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub. report

Müəllif: