Almaniyanın Hamburq şəhərində avtomobil iri “Alstertal” ticarət mərkəzinə girib.
Ucnoqta.az “life.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bild” portalı məlumat yayıb.
İlkin məlumatlara görə, “Mercedes” markalı avtomobilin sükanı arxasında təqaüdçü olub.
O, idarəetməni itirib və şüşələri qıraraq ticarət mərkəzinə girib.
Şahidlərin sözlərinə görə, avtomobil çanta şöbəsindən daxil olub, yalnız arakəsmələrə çırpılaraq eskalatorun yanında dayanıb.
Şəhər polisi bildirib, hadisədə 2 nəfər xəsarət alıb.
Bununla yanaşı “Hamberger Abendblatt” nəşri yazır ki, qəzadan sonra 9 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib.
Namiq



