Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda benzin istehlakı artıb

18:09 - 24 Aprel 2019 tarixində dərc olunub.

2019-cu ilin birinci rübündə Azərbaycanda benzin istehlakı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz artıb.

Bunu SOCAR-ın istehsalat üzrə vitse-prezidenti David Məmmədov deyib. Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda həmin dövrdə təxminən 350 min ton benzin istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-mart aylarında ölkədə neft məhsullarının istehsalı təxminən 1,2 milyon təşkil edib. Qeyd edək ki, 2018-ci ildə ümumiyyətlə neft məhsulları istehsalı 4,76 milyon ton olub./trend

Müəllif: