Ucnoqta.az
www.ucnoqta.az

<b>"Türkiyədəki bələdiyyə seçkiləri ilə bağlı etirazlara baxılır"</b>

15:29 - 23 Aprel 2019 tarixində dərc olunub.

"Türkiyədə keçirilən bələdiyyə seçkiləri xalqın fəal iştirakı ilə tam şəffaf şəkildə baş tutdu". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, seçkilərlə bağlı edilən etirazlara baxılır: "Hazırda seçki ilə bağlı həyata keçirilən bəzi etirazların dəyərləndirilməsi prosesi hələ də davam edir. Seçkilərin problemsiz və obyektiv şəkildə həyata keçməsi hamımız üçün sevindiricidir".

Müəllif: