Ucnoqta.az
www.ucnoqta.az

Ukraynada məktəbdə 70-dən çox şagird zəhərlənib

18:42 - 15 Aprel 2019 tarixində dərc olunub.

Ukraynanın Çerkassı şəhərində məktəblərin birində 70-dən çox şagird zəhərlənib.

Şagirdlərdən 38-i xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, uşaqlar naməlum maddədən zəhərlənib. Xəstəxanaya yerləşdirilənlərin həyatına təhlükə olmadığı deyilir.

Hazırda zəhərlənmənin mənbəyi ilə bağlı araşdırma aparılır.

Müəllif: