Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Sərnişin avtobusu aşdı: </font>25 yaralı<font color=red> - FOTO</font></b>

14:06 - 9 Aprel 2019 tarixində dərc olunub.

Türkiyənin Qaziantep vilayətində sərnişin avtobusu aşıb. Ucnoqta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Bəykənd-Düztəpə xətti üzrə hərəkətdə olan sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq əvvəlcə mikroavtobusa sonra da işıq dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində 25 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Müəllif: