Ucnoqta.az
www.ucnoqta.az

<b>Polisdən qaçan sürücü 4 avtomobili yararsız vəziyyətə saldı<font color=red> - FOTO</font></b>

17:45 - 6 Aprel 2019 tarixində dərc olunub.

Türkiyədə polisdən qaçan sürücü 4 avtomobilə maddi ziyan vurub. Ucnoatq.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Ankara şəhərinin Çankaya rayonunda baş verib. İddiaya görə, ərazidə reyd keçirən polis əməkdaşları vəziyyətindən şübhələndikləri Bora A.-nın idarə etdiyi avtomobili dayandırmaq istəyiblər.

Sürücü polisin əmrinə məhəl qoymayaraq qaçmağa başlayıb.

Polis əməkdaşları ilə başlayan qaçdı-tutdu əsnasında, 1057. küçəsində  hərəkətdə olan Bora A.-nın idarəsində olan avtomobil, əvvəlcə yolun sağında park edilən 2 maşına sonrada yolun solunda dayanan 2 nəqliyyat vasitəsinə çırpılıb.

Avtomobildən çıxaraq qaçmağa cəhd edən Bora A. və sərnişini Berkat Y. polis əməkdaşları tərəfindən yaxalanıblar. Saxlanılan şəxslər ətrafda olan mətbuat işçilərinə söyüşlər söyüblər.

Hadisəni törədən Bora A.-nın idarə etdiyi maşının sükanında olan "sükan qıfılı" da diqqət çəkib.

Xəbər verilməsi ilə hadisə yerinə çoxlu sayda polis briqadaları cəlb edilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

Müəllif: