Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər - <font color=red><b>Video</b></font>

13:52 - 16 Noyabr 2018 tarixində dərc olunub.

Komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq şərti düşmənin silahlı hücumunun dəf edilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun motoatıcı və döyüş təminatı bölmələri praktiki fəaliyyət göstərib.

 Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yaradılmış tabor taktiki qrupları raket-artilleriya, aviasiya və hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmənə əks-zərbə endiriblər.

Əməliyyatların aparılması zamanı müasir texnoloji vasitələrdən istifadə edilməklə qərargahlar arasında məlumatlar mübadiləsi tam həcmdə həyata keçirilib.

Müəllif: