Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda məktəblini avtomobil vurub

21:17 - 8 Noyabr 2018 tarixində dərc olunub.

Goranboy rayonunda piyadanı avtomobil vurub.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Belə ki, avtomobil yeniyetmə məktəblini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada sürücü tərəfindən Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun kimliyi dəqiqləşdirilir.

​Faktla bağlı araşdırma aparılır.

Müəllif: