Ucnoqta.az
www.ucnoqta.az

Ronaldunun transferindən sonra “Yuventus”un səhmləri bahalaşıb

15:10 - 25 Avqust 2018 tarixində dərc olunub.

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun transferindən sonra İtaliyanın “Yuventus” klubunun səhmləri 55,15 faiz bahalaşıb.

​“Report” “Football Italia”ya istinadən xəbər verir ki, hazırda Turin təmsilçisinin bir səhminin dəyəri 1 avrodan çoxdur. Qeyd edək ki, Ronaldu bu yay İspaniyanın “Real Madrid” klubundan 112 milyon avroya alınıb. 33 yaşlı hücumçunun illik maaşı 30 milyon avro təşkil edir.

Müəllif: