Ucnoqta.az
www.ucnoqta.az

<b>Çempionlar Liqası: <font color=red>"Qarabağ" ÇL-də mübarizəni dayandırdı</b></font>

23:19 - 14 Avqust 2018 tarixində dərc olunub.

Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.


Ucnoqta.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.


Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.


Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Müəllif: