Tovuz rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Hünanlar yaşayış massivində bir ailənin 4 üzvü, ilkin ehtimala görə, balıqdan zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.