Ucnoqta.az
www.ucnoqta.az

Cüdoçularımız "Böyük Dəbilqə"yə hazırlaşır - <font color=red><b>FOTO</b></font>

23:35 - 25 Yanvar 2018 tarixində dərc olunub.

Azərbaycanın cüdo komandası “Böyük Dəbilqə” yarışlarına hazırlaşır.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, millimiz Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında hazırlıq prosesi keçir. Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan yığmalarının cüdoçuları da toplanışa qatılıb.
 

"Böyük Dəbilqə" yarışları gələn ay Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində keçiriləcək.

Müəllif: