Ucnoqta.az
www.ucnoqta.az

<b>ABŞ-da əlləri sınmış kişi yardım tapmaq üçün 4 gün sürünərək hərəkət edib<font color=red> - VİDEO</font></b>

13:59 - 24 May 2017 tarixində dərc olunub.

ABŞ-ın Ohayo ştatında hündürlükdən yıxılaraq ağır xəsarət almış kişi tibbi yardıma çatmaq üçün dörd gün sürünmək məcburiyyətində qalıb. Cerald Maskeviç mayın 18-də hündürlükdən yıxılıb və əlləri sınıb, ayaqları, döş qəfəsi ciddi şəkildə zədələnib. O, dörd gün sonra mayın 22-də şəhərətrafı klubların birində aşkarlanıb. Kömək tapmaq üçün həmin kluba sürünərək hərəkət edib. C.Maskeviç hazırda xəstəxanadadır. Həkimlər onun sağ qalmasının möcüzə olduğunu deyirlər. Belə ki, həmin günlər hava yağışlı olub, gecələr isə soyuq keçib. (salamnews)

 

Müəllif: Ucnoqta.az