Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=blue>Vahid Ələkbərov: </font>"Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"</b>

12:16 - 30 Sentyabr 2016 tarixində dərc olunub.

"OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib. V.Ələkbərov əlavə edib ki, neftin qiymətin 50 dolları ötə də bilər: "Bu qiymət şist neftin istehsalını rentabelli edir. Ona görə də hesab edirəm ki, neftin qiyməti təxminən 50 dollar səviyyəsində sabitləşəcək".

Müəllif: Ucnoqta.az