Ucnoqta.az
www.ucnoqta.az

Cüdoçumuz Rövşən Səfərov Rio Paralimpiadasına qələbə ilə başlayıb

17:15 - 9 Sentyabr 2016 tarixində dərc olunub.

Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb. AzərTAC xəbər verir ki, yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz belaruslu Aleksandr Kazlovdan üstün olub.

Cüdoçumuzun növbəti rəqibi Ukrayna idmançısı Aleksandr Kosinov olacaq.

Müəllif: Ucnoqta.az