Ucnoqta.az
www.ucnoqta.az

<b>"Atam insult olub" <font color=red>- İslam Kərimovun qızı</font></b>

15:49 - 29 Avqust 2016 tarixində dərc olunub.

Özbəkistan prezidenti İslam Kərimovun qızı atasının sağlıq durumu ilə bağlı açıqlama verib. APA-nın xəbərinə görə, İ. Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva özünün “Facebook” və “İnstagram” sosial şəbəkələrindəki səhifələrində atasının insult olduğunu yazıb. O, ötən şənbə günü İ. Kərimovun beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək duruma barədə hər hansı proqnoz vermək hələ tezdir”.

Müəllif: Ucnoqta.az