Ucnoqta.az
www.ucnoqta.az

Suriyada Rusiya helikopteri vurulub -<font color=red><b> FOTO</b></font>

14:51 - 1 Avqust 2016 tarixində dərc olunub.

Suriyanın İdlib əyalətində Rusiya Hərbi-Kosmik Qüvvələrinə məxsus "Mi-8" helikopteri vurulub. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi helikopterin vurulması xəbərini təsdiqləyib. 
Helikopterin göyərtəsində 5 nəfər olub. 3 ekipaj üzvü və Suriyada Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin 2 zabitinin taleyi aydınlaşdırılır. 
"Twitter" sosial şəbəkəsində hadisə yerindən fotoşəkillər dərc olunub. Həmin fotolarda ekipaj üzvlərinin yanmış cəsədləri görünür. 

 

Müəllif: Ucnoqta.az