Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə 8 min polis işdən çıxarılıb

13:15 - 18 İyul 2016 tarixində dərc olunub.

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.  

 

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

Müəllif: Ucnoqta.az