Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daşınmaz əmlakla bağlı yeni Dövlət Proqramı təsdiqləndi - <font color=red><b>SƏRƏNCAM</b></font>

17:17 - 13 İyul 2016 tarixində dərc olunub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. AzərTAc-ın xəbərinə görə, ölkə başçısının imzaladığı sərəncamla “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Müəllif: Ucnoqta.az