Ucnoqta.az
www.ucnoqta.az

AFFA Ramil Şeydayevlə bağlı FİFA-ya müraciət etdiyini açıqlayıb

11:56 - 13 İyul 2016 tarixində dərc olunub.

 AFFA Türkiyənin "Trabzonspor" klubuna keçən Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının hücumçusu Ramil Şeydayevlə bağlı açıqlama yayıb. "Report"un məlumatına görə, qurumun rəsmi saytında bildirilir ki, Şeydayev AFFA-ya müraciət edərək Azərbaycan milli komandasında çıxış etmək arzusunda olduğunu bildirib.
Onun Azərbaycan millisində çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AFFA FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlayıb.
FIFA-nın məsələ ilə bağlı qərarı barədə ictimaiyyətə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az